Qısa məzmun
Sinteks Şirkətlər qrupu PR Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda PR Menecer tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu brendlərin strategiyalarına və marketinq planına əsasən PR strategiyalarının və planının hazırlanmasından və yerinə yetirilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
- İllik PR planı hazırlayır və icrasını təmin edir.
- Marketinq tədbirlərinin PR planların hazırlayır və icrasını təmin edir.
- PR məqalələri yazır və marketinq üzrə bütün yazılan mətnlərə nəzarət edir.
- Tədbirlərdə PR fəaliyyətini təmin edir
Əsas tələblər:
Təhsil:
- Marketinq / Biznesin təşkili və idarə olunması / Jurnalistika və ya hər hansı əlaqədar sahədə ali təhsil
- PR sertifikatları arzuolunandır
Təcrübə:
- PR/marketinq/kopirayting və ya əlaqədar sahələrdə ən az 4 il təcrübə
Professional biliklər:
- Pres relizlərin yazılması və redaktə edilməsi
- Kopiraytinq (reklam və təqdimat mətnlərinin yazılması)
- Səlis İngilis və Rus dili biliyi
- MS Office Proqramları
Professional bacarıq və kompetensiyalar:
- Liderlik bacarıqları
- Təmsilçilik bacarıqları
- Şəxslərarası bacarıqlar
- Vaxtın idarə edilməsi
- Problemlərin həlli
- Komanda işi
- Moda və tərz haqqında anlayış
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “PR Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...