Qısa məzmun
Kontakt Home Problemli kreditlər üzrə müfəttiş vəzifəsi üzrə vakansiya elan edir.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Problemli kreditlər üzrə müfəttiş (Bakı, Qəbələ, Mingəçevir)
Tələblər:
- Təhsil: Ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
- Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
- Problemli kredit portfellərinə nəzarət etmək
- Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.
İş şəraiti:
- İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
- Telefon danışıqları və işlə əlaqədar digər xərclər şirkət tərəfindən təmin edilir
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Bakı üçün: https://qlor.me/kmvzo0az
Qəbələ üçün: https://qlor.me/ktjqpsmz
Mingəçevir üçün: https://qlor.me/ktjqqgjh
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...