Problemli müştərilərlə iş üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Electronics Problemli müştərilərlə iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“Baku Electronics” namizədləri Müştəri Xidmətləri departamentinin Problemli müştərilərlə iş üzrə mütəxəssis vəzifəsinə müraciət etməyə və peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
  • Borcun ödənilməsinə nəzarət etmək;
  • Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
  • Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
  • Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
  • Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq;

Tələblər:

  • Təhsil: Ali;
  • Yaş: 21-35;
  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
  • Analitik düşüncə;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama bacarığı;
  • İş təcrübəsi: 1-3 ilədək.

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində “Problemli müştərilərlə iş üzrə mütəxəssis” qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

11.02.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

24.01.2025 - Bakı