Qısa məzmun
IKTex MMC Product Owner vəzifəsi üzrə vakansiya elan edir.
İcra ediləcək iş haqqında:
- İstifadəçilərdən tələbləri toplayıb, layihənin və ya məhsulun ilkin analizini aparmaq;
- Əldə olunan tələblər əsasında ilkin çizgiləri (wireframe) hazırlamaq;
- Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
- Maraqlı tərəflərə (stakeholder) PRD sənədin hazırlayaraq ilkin tələbləri ötürmək;
- Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək (Jira proqramı əsasında);
- Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək;
- Tətbiq olunacaq yeni funkisonallıqlara bağlı işin həcmini təyin etmək;
- Layihənin və məhsulun sənədləşdirilməsini aparmaq (BPMN standartı əsasında flow ların hazırlanması, API design sənədləşmə)
- Layihənin və ya məhsulun test edilməsi və komandaya məlumatın ötürülməsi (API test edilməsi, tamamlanmış funksionallığın “manual” test edilməsi)
- Əmək haqqı 1500-2500 AZN.
Namizədin öhdəlikləri:
- Məhsul sahibi və ya Biznes analist sahəsi üzrə minimum 1 il təcrübə;
- Biznes tələblərinin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi ilə bağlı təcrübəyə;
- Web və mobile üzrə UI / UX baza biliklərinə;
- BPMN standartı əsasında biznes proseslərin hazırlanması bacarıqına;
- Danışıqlar aparmaq və liderlik üzrə bacarıqlara;
- Komandada və fərdi şəkildə işləmək bacarığına;
- Strateji və taktiki düşüncə qabiliyyətinə;
- İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
- Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə;
- Azərbaycan Respublikasının qanunvericiliyi tələbləri ilə ümumi məlumatlı olma;
- Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olma, Power BI arzu olunandır;
- Dil bilikləri Azərbaycan dili (əla), İngilis dili arzu olunandır;
- Qeyd olunan proqramlar və alətlər üzrə minimum biliklərə sahib olması (Jira, Postman, Swagger, Stoplight, Camunda)
- Qeyd: Yalnız hərbi xidmətdə olmuş şəxslər müraciət etsin.
- Excel, Power BI bilikləri arzu olunandır.
CV-lərinizi uyğun başlıq altında e-mail ünvanına göndərə bilərsiz.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...