Product Owner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1500 AZN. Starex Product Owner vəzifəsi üzrə vakansiya elan edir.

Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : Product Owner / Məhsul Portfelinin İdarə olunması üzrə menecer

Əmək haqqı: 1200 – 1500 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur;

Namizədə Tələblər:

  • Məhsul portfelinin və ya məhsulun idarə olunması sahəsində təcrübəsi olmalı (e-ticarət /ecommerce);
  • E-ticarət (ecommerce) barədə dərin bilik
  • Bazar və işgüzar göstəriciləri təhlil etmək, çoxlu sayda analitik məlumatlarla işləmək bacarığı və məlumatlara əsaslanan təşviqat strategiyası hazırlamaq bacarığı;
  • Yeni məhsul xüsusiyyətlərinin effektivliyini, potensial dəyərini qiymətləndirmək bacarığı;
  • Güclü təhlil və riyazi bacarıqlar, Layihə İdarəetmə, Təqdimat bacarığının olması;
  • Dinamiklik,liderlik qabiliyyəti, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Strateji və taktiki düşüncə qabiliyyəti;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlar;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • “Agile” metodologiyaları üzrə təcrübə arzu olunandır;
  • İngilis və Rus dillərini mükəmməl bilmək.
  • Yaş həddi: 22-35 arası;

Vəzifə Öhdəlikləri:

  • Şirkətin e-ticarət məhsullarına müvafiq strategiyaların və taktikaların hazırlanması;
  • Məhsulların ümumilikdə uğur qazanması üçün prosesə rəhbərlik etmək;
  • İstifadəçiləri müşahidə etmək, araşdırmaq, təhlil etmək və onlarla əlaqə yaratmaq;
  • İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
  • Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • Yeni təkliflər hazırlamaq;
  • Tələblər və yekun materialları inkişaf qrupları ilə müzakirə etmək;
  • Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Tələbləri açıq şəkildə komandaya izah etmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesini sürətləndirmək;
  • Tapşırıqların planlaşdırılması ilə bağlı iclasda iştirak etmək;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirmək;
  • Məhsullarla bağlı gedişatı izləmək və qiymətləndirmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və dizayner komandaları ilə sıx əlaqə;
  • İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək.

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500 — 601 ₼
SMM mütəxəssis

Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kepro Estetik Klinika

21.11.2024 - Bakı

Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)

Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Hava Yolları QSC

01.11.2024 - Bakı

1200 — 1500 ₼
Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı

1000₼
Sosial Media Mütəxəssisi

Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...

Ram Solutions MMC

28.10.2024 - Bakı