Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Sigorta Programmer / Developer vəzifəsi üzrə vakansiya elan edir. Məlumat bazasının strukturu üzrə biliklər olmalıdır.
Namizədə dair tələblər:
- Ali texniki təhsil;
- Azərbaycan və rus dilini mükəmməl bilməlidir, İngilis dili (üstünlük veriləcək);
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
- Yüksək səviyyəli məntiqi-analitik qabilliyyət, riyazi biliklər;
- Alqoritm qurma bacarığı;
- Proqram təminatının hazırlanması üzrə təcrübə. C#, ASP.NET, WEB Forms, MVC;
- Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Microsoft SQL Server biliklər:
- Məlumat bazasının strukturu üzrə biliklər;
- SQL sorğuların hazırlanması;
- Stored procedure-ların hazırlanması, dəstəklənməsi;
- Tələb olunan proqramlaşdırma biliklər və bacarıqlar;
- MS SQL Texniki dəstək verilməsi;
Vəzifə öhdəlikləri:
- Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
- Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
- Funksional işlərin test edilməsi;
- Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
- Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq;
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
- Proqram Təlimatlarının hazırlanması;
- Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Proqramlaşdırma şöbəsinə Programmer / Developer) qeyd edərək, hr@xalqsigorta.az elektron ünvanına göndərilməsi xahiş olunur.