Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Delivery Azerbaijan MMC Project Manager vəzifəsi üzrə vakansiya elan edir. Bazarı analız etmə bacarığı olmalıdır.
Öhdəliklər:
- İş proseslərinin idarə edilməsi, optimallaşdırılması, yeni vasitələrin tətbiqi;
- Layihədə büdcə, vaxt və keyfiyyətinin idarə edilməsi;
- Yeni məhsulların yaradılması, mövcud olanların genişləndirilməsi və inkişafı;
- Media və digital sahələrdə biznes proseslərinin avtomatlaşdırılması. TT (texniki tapşırıq)-nın hazırlanmasına və yeni proqram təminatının hazırlanmasında proqramçılarla birgə iştirak;
- Layihə qrupunun inkişafı üçün TT-ın hazırlanması zamanı işinin koordinasiyası;
- Şirkətin mobil tətbiqinin yaradılması
- İnternetdə mobil tətbiqin təşviqi;
- SEO və kontent reklam, podratçı və freelancerların işinin idarə edilməsi (kontent, seo-optimizasiya, məzmun);
- müasir metodlardan istifadə etməklə bazarın və rəqiblərin təhlili;
- Şirkətin bütün xidmətləri (İT, marketinq, PR, inkişaf və s.) ilə iş və qarşılıqlı əlaqə.
- Hazırlanan proqram təminatı üçün biznes tələblərini formalaşdırilması: biznes proseslərinin təsviri, biznes tələblərinin hazırlanması, layihə və məhsul sənədlərinin hazırlanması və təsdiqlənməsi
- Funksionallığın həyata keçirilməsi üçün planların hazırlanması və həyata keçirilməsi
- Proqram təminatı üzrə işlərin təşkili (şirkətin tərkibində və autsors)
- Layihə təşəbbüskarları ilə biznes tələblərinin əlaqələndirilməsi
- Sistemlərin fəaliyyətinin və iş proseslərinin təsviri
- Maraqlı tərəflərlə konsultasiyaların keçirilməsi işi (müştərilər, developers, mütəxəssislər və hazırlanmış proqram təminatı istifadəçiləri)
- Proqram təminatının hazırlanması və sınaqdan keçirilməsi işinin təşkil edilməsi
Tələblər:
- Media, dijital layihələrin idarə edilməsində 3 il iş təcrübəsi;
- Bazarı analız etmə bacarığı
- Layihə konsepsiyasının yaradılması, bu sahədə təcrübə
- Kreativ komandaları idarə etmək bacarığı (dizaynerlər, layout mütəxəssisləri, SEO mütəxəssisləri)
- Biznes prosesinin avtomatlaşdırılması, bu sahədə təcrübə
Şərtlər:
- Əmək haqqı müsahibə zamanı təyin olunur
- 6 günlük iş rejimi
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni hr@189delivery.az göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Planlama üzrə Menecer
Matanat A şirkəti Planlama üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Sayımçı
Hajigabul Poultry Farm Company Sayımçı vəzifəsi üzrə vakansiya elan edir. ...
1200₼
Layihələrin idarə olunmasi üzrə koordinatorPRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...