Qısa məzmun
Smarton MMC şirkəti Promoter vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında / О Компании / About Company
SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:
- Topdan və pərakəndə satış
- Korporativ satış
- SmartOn.az onlayn mağaza üzərindən satış
- Rəsmi və avtorizə olunmuş servis mərkəzləri
Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.
Vəzifə öhdəlikləri
- Müştərilərə elektronika məhsulları üzrə məlumat xarakterli təqdimat keçmək
- Müştərinin məhsul və xidmətlər haqqında suallarını ətraflı şəkildə cavablandırmaq
- Məhsulun satışını həyata keçirmək
Namizədə qarşı tələblər
- Azərbaycan, rus dili, ingilis dili (üstünlükdür)
- Səlis nitq qabiliyyəti və satış həvəsi
- Elektronika məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlər
- İş qrafiki: 11:00-20:00, 7/5, həftənin 1-ci və 2-ci günləri istirahət günləridir.
- Ümumi aylıq gəlir: net 500-600 azn, aylıq bonus
- Sınaq müddətindən sonra tibbi sığorta təminatı
Əlaqə
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...