Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ferrum Capital Promoter vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Satışın inkişafı bölməsində promoter vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Kimlər müraciət edə bilər?
- 18-29 yaş aralığında gənclər
Hansı özəlliklərə malik olmalıdır?
- Ali/natamam ali təhsil
- Əla səviyyədə azərbaycan dili və rus dili
- Səlis və aydın nitq qabiliyyəti
- Müştəriyönümlülük və təqdimetmə bacarığı
- İnandırmaq bacarığı
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik və məsuliyyətlilik
- Satış sahəsi üzrə peşəkar karyera qurmaq istəyi və satış bacarıqlarının olması önəmlidir
Promoter nə iş görür?
- Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi
- Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
- Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi
- Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Əlavə məlumat:
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
- Şənbə: 10:00 – 14:00
- Əmək haqqı: 300-500 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Promoter” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...