Qısa məzmun
Ferrum Kapital şirkəti Promouter vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ferrum Kapital QSC-nin Bakı şəhərində yerləşən satış nöqtələrinə yaxınlaşan müştərilərə faktorinq xidmətləri barədə məlumat verilməsi
- Potensial müştərilərə faktorinq xidmətləri barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
- Faktorinq məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi
- Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması
Namizədə tələblər:
- Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil
- 18-29 yaş aralığı
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq
- Ünsiyyət və inandırma bacarığının olması
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq
- Hədəf yönümlü olmaq
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq
- Satış sahəsi üzrə karyera qurmağı planlamaq
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30-dan 18:30-dək
- Əmək haqqı: 300 – 500 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Promoter” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...