Qısa məzmun
FINCA Azerbaijan LLC Proqram Administratoru vəzifəsi üzrə vakansiya elan edir.
Başlıca fəaliyyətlər:
- Tətbiqetmə serveri və verilənlər bazası səviyyələrində sınaq və istehsal mühitlərində biznes proqramları/hesabat sistemlərini konfiqurasiya etmək, həyata keçirmək və qorumaq.
- İstehsal proqramlarının mövcudluğunu, tutumunu və iş keyfiyyətini saxlamaq və nəzarət etmək.
- Dəyişikliklərin idarə edilməsi prosesinə uyğun olaraq sınaq/istehsal mühitlərində tətbiqetmə dəyişikliklərini idarə etmək.
- İnzibati və xidmət hesabları yaratmaq və saxlamaq.
- Tətbiqetmələrin düzgün icrası üçün kifayət qədər imkana malik olmasını fəal şəkildə təmin etmək.
- Problemləri tənzimləmək, həll etmək və sənədləşdirmək üçün tərtibatçılar və təchizatçılarla sıx əməkdaşlıq etmək.
- Biznes əməliyyatlarının cari və gələcək mühitlərdə düzgün işləməsini təmin etmək üçün İT komandası və daxili müştərilərlə dəyişikliklər, təkmilləşdirmələr/texniki xidmət cədvəlləri və yeni xidmətləri planlaşdırmaq, əlaqələndirmək, sınaqdan keçirmək və bildirmək.
- Müvafiq nəzarət və audit jurnallarının mövcud olmasını təmin etmək üçün İT və Daxili Nəzarət / Risk şöbələri ilə sıx əməkdaşlıq etmək.
- Proqram təminatı üzrə mühəndislərə 2-ci səviyyəli dəstək xidməti göstərmək.
- Sistem sənədlərini saxlamaq.
- Müvafiq texnologiyalar və biznes prosesləri haqqında cari bilikləri saxlamaq.
- Emal edilən, saxlanılan və ya əldə edilən məlumatlarla bağlı məxfiliyi qorumaq.
- Təyin edilmiş digər vəzifələr
Tələblər:
- İnformasiya Sistemləri, Kompüter Elmi və/və ya Mühəndislik sahələrində bakalavr dərəcəsi.
- Bank/maliyyə sektoru ilə əlaqədar mürəkkəb tətbiqetmə portfelinin saxlanılması üzrə ən azı iki il təcrübə.
- Microsoft PowerShell ilə iş təcrübəsi.
- Skript dillərində dərin biliklər.
- Microsoft SQL və Oracle verilənlər bazalarında baza cədvəlləri, görünüşlər, prosedurlar, paketlər, SQL əmrləri və digərləri də daxil olmaqla, əsas verilənlər bazası texnologiyaları haqqında biliklər.
- Microsoft və digər sənaye texnologiyaları üzrə güclü biliklər.
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq qabiliyyəti tələb olunur. Rus dilində danışıq qabiliyyəti üstünlükdür.
Səyahət tələbləri:
- Baxmayaraq ki, müntəzəm səyahət tələb olunmur, ölkə daxilində və/və ya xaricində bəzi əsas biznes tətbiqetməsi ilə bağlı səyahətlər razılaşdırıla bilər.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 25 yanvar 2022-ci il tarixdən gec olmamaq şərtilə elektron ünvanına Subject/Mövzu hissəsində “Proqram Administratoru” qeyd etməklə göndərə bilərsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...