Qısa məzmun
A+Co ASC Proqram Təminatı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələb olunan bilik və bacarıqlar:
- Database MS SQL (T-SQL) üzrə biliklər;
- Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil;
- Araşdırmaq və problem həll etmə bacarğı;
- İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
- Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
Əsas vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi ;
- Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
- Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
- Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
- Hesabatların hazırlanması və təhlil edilməsi;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Şirkət tərəfindən nahar və servislə təmin edilmə;
- Şirkət hesabına korporativ nömrə;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.