Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Proqram təminatı üzrə böyük mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İT layihələrinin icrasında iştirak etmək;
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
- Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
- Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq;
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi;
- Proqramlarda rastlaşılan nasazlıqların aradan qaldırılması;
- Təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək. Buraya proqramlaşdırmada istifadə olunan alətlər,Web və ya digər kitabxanalar daxildir;
- İnkişaf etməkdə olan texnologiyaları, aparat və proqram təminatının araşdırılması aparmaq;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;
Təhsil/Təcrübə:
- İnformasiya Texnologiyaları və ya Texniki sahədə Ali təhsilli olmalı;
Analoji sahədə ən azı 3 il iş təcrübəsi olmalı; - Visual studio C# T-SQL, asp.net, ms sql, oracle forms-da iş bacarığı;
- Sertifikasiya arzuolunandır;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
- Azərbaycan dili sərbəst, Rus və İngilis dillərini yaxşı səviyyədə arzuolunandır;
- İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stressə davamlı olmalı
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
- İş vaxtı: 09:00 – 18:00
- İş qrafiki: 5 gün
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.