Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Proqram təminatının testləşdirilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“Azerikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda şirkətimizdə aktiv vakansiya mövcuddur: Proqram təminatının testləşdirilməsi üzrə mütəxəssis.
Öhdəliklər:
- Test işlərinin toplanması, əlavə edilməsi, təkmilləşdirilməsi və aktual vəziyyətdə saxlanması;
- Bank tətbiq və sistemlərinin qəbul, funksional, inteqrasiya, reqressiya testlərinin aparılması;
- Proqram təminatının əllə və ya mövcud avtomatlaşdırma vasitələrindən istifadə etməklə testləşdirilməsi;
- Testləşdirmə əsasında nəticələrin sənədləşdirilməsi;
- Testləşdirmə müddətinin qiymətləndirilməsi;
- Texniki sənədlərin, test sistemlərinin iş prinsiplərinin öyrənilməsi;
Tələblər:
- Ali təhsil, texniki və ya iqtisadi təhsilə üstünlük verilir;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Üstünlük – bank sektorunda, İT şirkətlərində təcrübəsi olan namizədlər;
- Proqram təminatının testləşdirilməsi və hazırlanması mərhələlərinin başa düşülməsi;
- Kart ödəmə sistemlərinin iş prinsiplərini bilmək arzuolunandır;
- Linuxla iş təcrübəsi arzuolunandır;
- Proqramlaşdırma, shell skriptlərinin, SQL sorğularının yazılması ilə təcrübəsi arzuolunandır;
- Stress altında işləmək;
- Təşkilatçılıq və komanda ilə işləmə bacarığı;
- Dözümlülük, diqqətlilik, məsuliyyətlilik.
Müraciət edən namizədlərdən CV-lərini “Proqram təminatının testləşdirilməsi üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərməyi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...