Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Xalq Sigorta Programmer / Developer vəzifəsi üzrə vakansiya elan edir. Məlumat bazasının strukturu üzrə biliklər olmalıdır.
Tələb olunan bilik və bacarıqlar:
- C#, ASP.NET, WEB Forms, MVC üzrə biliklər;
- MS SQL üzrə biliklər;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Alqoritm qurma bacarığı;
- Dil bilikləri- azərbaycan dili-əla, rus dili-yaxşı, ingilis dili -arzuolunandır;
- Məsuliyyətli;
- Dəqiqilik;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Nəticəyönümlü.
Namizədə dair gözləntilər:
- Konfidensiallığın qorunması;
- Κomandada işləmək bacarığı;
- Yeniliklərə diam açıq olma;
- Şəxsi inkişafa meyilli.
Xüsusi tələblər:
- Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
- Müvafiq sahədə 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
- Proqram təminatının hazırlanması üzrə təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
- SQL sorğuların hazırlanması;
- Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
- Stored procedure-ların hazırlanması, dəstəklənməsi;
- Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
- Funksional işlərin test edilməsi;
- Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq;
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
- Proqram Təlimatlarının hazırlanması;
- Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Proqramçı/Developer) qeyd edərək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Helpdesk
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...