Qısa məzmun
Bestcomp Group Front-End Developer vəzifəsi üzrə vakansiya elan edir.Git ilə iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının inkaşfı üçün proqramçı, analitik və layihə rəhbərləri ilə işləmək.
- Klient tərəfinin arxitekturasının hazırlanmas
- Veb səhifənin ön hissəsinin verilən dizayna uyğun hazırlanması, müxtəlif ekran ölçülərində test olunması və fərqli cihazlarda düzgün işləməsinin yoxlanılması
- Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatını təkmilləşdirilməsi
- Məlumatların təhlükəsizliyinin təmin olunması üçün konfiqurasiyaların hazırlanması
Davranış bacarıqları:
- Təhlil etmək və problem həll etmək bacarığı.
- Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
- Komandada işləmək bacarığı
Xüsusi tələblər:
- Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- Min 2 illik davamlı peşəkar təcrübə
- JavaScript, CSS3, HTML5 və React Js, Angular, jQuery, LESS kimi üçüncü tərəf kitabxanaları daxil olmaqla qabaqcıl texnologiyalar üzrə təcrübə
- Kodlaşdırma standartları, kodun nəzərdən keçirilməsi, mənbəyə nəzarətin idarə edilməsi üzrə biliklər
- Dizayn nümunələri, alqoritmlər, proqramlaşdırma paradiqmaları üzrə biliklər.
- İnsan Mərkəzli Dizayn prosesi ilə bağlı təcrübə.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Son müraciət tarixi: 15.01.2023
Başlıq: maraqlanan namizədlər CV-ləri “Proqramçı (front-end developer)” başlığı altında göndərə bilərlər.