Qısa məzmun
Azersun Holding Proqramlaşdırma üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsilli (Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat, Riyaziyyat, Proqramlaşdırma) olmalı;
- Analitik düşünmə, iş planlama, problemə həll yönümlü yanaşma qabiliyyətləri olmalı;
- Stress altında işləmə bacarığı olmalı;
- Proqramlaşdırmanın əsaslarını bilməli ( PL/SQL, T-SQL) bilməli
- Verilənlər bazası,tətbiqin inkişafı üzrə biliklər və SQL-in inkişafında praktiki iş təcrübəsi olmalı;
- HTML & CSS, JavaScript, jQuery biliklerinin olması üstünlükdür.
- Azərbaycan və ingilis dili bilikləri olmalı;
- Fərdi və komandada işləmə bacarığı olmalı.
İş haqqında məlumat:
- SAP sistemlərini dizayn etmək, inkişaf etdirmək, tətbiq etmək, dəstək göstərmək üçün funksional komandalarla işləmək;
- SAP ilə əlaqəli yeni layihələrdə yeni tətbiq və ya həllərin dizaynı və inkişafı üçün layihə qrupları ilə işləmək;
- Funksional komanda tərəfindən hazırlanmış funksional spesifikasiyalara əsaslanan biznes problemlərini həll etmək üçün proqramlaşdırma həlləri hazırlamaq;
- Tələbləri toplamaq, həlləri layihələndirmək, müxtəlif obyektləri inkişaf etdirmək, həlləri sənədləşdirmək və sınaqdan keçirmək, tətbiqləri dəstəkləmək və produktiv dəstəyini yerinə yetirmək;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” qeyd etməyiniz xahiş olunur.