Qısa məzmun
A+Co ASC Satış Auditi vəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobilin olması vacibdir
Tələblər:
- Ali təhsil
- Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Qida istehsalı sahəsində iş təcrübəsi olmalıdır.
- Microsoft Office proqramlarını bilməli;
- Rus və İngilis dilini bilməsi arzu olunandır.
- İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə sertifikatın olması.
- İSO 19011:2018 İdarəetmə sistemlərinin auditi üçün təlimatlar üzrə sertifikatın olması.
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
- Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
- İstehsalat intizamının möhkəmləndirilməsi;
- Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
- Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
- stehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
- Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
- Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi;
- Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
- Keyfiyyətə nəzarət planının hazırlanması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
- Birbaşa rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Prosesə nəzarət üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...