Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Norm ASC Proses Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Sərbəst ingilis dili biliyi olmalıdır.
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Proses Mühəndisi tələb olunur.
Tələblər:
- Mühəndis kimyaçı və ya sənaye mühəndisliyi diplomu
- Əlaqədar sahədə 1 il iş təcrübəsi və ya könüllülük fəaliyyəti
- Sərbəst ingilis dili biliyi
- MS office proqramlarından istifadə bacarığı
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Bütövlük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
Vəzifə və Öhdəliklər:
- Sement standartları, şirkətin məqsədi və idarəçilik təlimatları ilə əlaqəli istehsalat parametrlərinə əməl etmək
- Proses ölçüm cihazlarının düzgün istismarına riayət etmək
- Proses ölçüm cihazları vasitəsi ilə sahə ölçüm cihazlarının doğruluğunu müəyyən etmək
- Proses ölçüm cihazları vasitəsi ilə ölçümlər həyata keçirmək və aylıq hesabat formasında Proses üzrə Baş Mühəndisə təqdim etmək
- Proses və sənaye ölçüm cihazlarının vaxtı vaxtında kolibrləmə və doğrulama əməliyyatları üçün uyğun laboratoriyalara göndərilməsinə riayət etmək
- Qısamüddətli, orta və uzunmüddətli proses optimallaşdırılması imkanlarının, texniki-iqtisadi hesabatlarının müəyyən edilməsində Proses üzrə Baş Mühəndisə dəstək
- Təkmilləşdirmə tələblərinin və imkanlarının müəyyən edilməsi üçün istehsalat auditinin aparılmasında Prosses üzrə Baş Mühəndisə dəstək
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 08.09.20
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...