Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AFB Bank Proseslərin idarə edilməsi Strukturunun direktoru vəzifəsi üzrə vakansiya elan edir. Rus, ingilis dili biliyi vacibdir.
Vəzifə: Direktor
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
- Proseslərin idarə edilməsi üzrə ən az 4-5 il iş təcrübəsinin olması (bunun 2 ili rəhbər vəzifədə olmaqla);
- Azərbaycan, rus, ingilis dili biliyi;
- Ünsiyyətqurma və gərgin iş qrafikində işləmək bacarığı;
- Analitik düşünmə və yüksək riyazi təhlil qabiliyyəti;
- Problemləri həll etmə bacarığı;
- Microsoft Office proqram bilikləri;
- Yuksək İdarəetmə qabiliyyətinin olması.
İŞİN TƏSVİRİ:
- Davamlı surətdə bankdaxili proseslərin təhlil edilməsi və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görülməsi;
- Bankın yeni biznes proseslərinin analiz edilməsi və mövcud biznes proseslərinin yenidən modelləşdirilməsi, yenidən modelləşdirilmiş biznes proseslərinin texniki tapşırıqlarının hazırlanması, texniki xəritələrinin tərtib edilməsinin təmini;
- Yenilənmiş biznes proseslərinin test mühitində yoxlanılması və optimallaşdırılması istiqamətində işin təşkili;
- İşlək biznes proseslərin təkmilləşdirilməsi istiqamətində analizlərin aparılması;
- Bankın yeni biznes layihələri zamanı proses axınlarının təmin edilməsi və texniki mühitdə tərtibatının təmin edilməsi;
- Proseslərin qiymətləndirilməsinin, effektivliyinin ölçülməsinin, layihələndirilməsinin, monitorinqinin və nəzarətinin həyata keçirilməsi;
- Bankda yeni tətbiq olunacaq məhsul və xidmətlərlə bağlı struktur bölmələr tərəfindən daxil olan sifarişlər əsasında biznes proseslərin müəyyənləşdirilməsi və/və ya onlara dair rəUyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi Strukturunun direktoru” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş ediriky verilməsi;
- Bankın mövcud biznes prosesləri üzrə Biznes və İT analitika işinin təşkili.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi Strukturunun direktoru” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik..
Oxşar vakansiya siyahısı:
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi/şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzində aparıcı mütəxəssis / baş mütəxəssis/menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard) Masallı, Lənkaran və Astara şəhərlərində yerləşən, filiallar üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
CMT Group MMC Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...