Psixoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avropa Azərbaycan Məktəbi Psixoloq üzrə vakansiya elan edir. Məktəb yaşlı uşaqlarla işləmə bacarığı olmalıdır.

İşin təsviri:

  • Məktəbin psixoloji xidmət üzrə ehtiyaclarını qiymətləndirmək, müvafiq tövsiyələr və strategiyalar hazırlamaq;
  • Davranış problemi, öyrənmə çətinliyi olan şagirdlərlə qrup və ya fərdi halda işləmək;
  • Davranış problemli şagirdləri olan müəllimlərlə yaxından işləyərək, həmin müəllimlərin bu problemlərin öhdəsindən gəlmək üçün peşəkarlığının artırılmasına kömək etmək, ehtiyac olduğunda, müvafiq təlimlər təşkil etmək;
  • Məktəbə yeni başlayan şagirdlərin məktəbə alışmasına köməklik göstərmək;
  • Məktəbin psixoloji xidmətinin fəaliyyətinə dair Məktəb rəhbərliyinə rüblük, yarımillik və illik yazılı hesabatlar vermək;
  • Davranış problemi, öyrənmə çətinliyi olan şagirdlərin valideynləri ilə yaxından işləyərək, onları işin gedişi ilə vaxtaşırı məlumatlandırmaq.

Tələblər:

  • Məktəb psixologiyası üzrə ali təhsil. Xaricdə təhsil alanlara üstünlük veriləcək.
  • Azı üç illik psixoloq kimi orta məktəbdə iş təcrübəsi.
  • Üstünlük bu sahədə beynəlxalq təcrübəyə malik olan namizədlərə veriləcək.
  • Microsoft Office proqramlarından və internetdən istifadə bacarığı.
  • Azərbaycan dili ana dili olmaqla, ingilis dilində sərbəst danışma (C1 və ya İELTS 7 bal və üstü).

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

  • Psixoloji prinsip və metodların təhsil proqramına tətbiqi bacarığı;
  • Məktəb yaşlı uşaqlarla işləmə bacarığı;
  • Komandada işləmə, şəxsiyyətlərarası münasibətlərin qurulması və məxfiliyin saxlanması bacarığı;
  • Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi ünsiyyət bacarığı;
  • Qərar qəbul etmə və problem həll etmə bacarığı;
  • Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı;
  • Təşkilati, idarəetmə və planlaşdırma bacarığı;
  • Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı;
  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
  • Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə.

ƏRİZƏLƏRİN QƏBUL QAYDASI

Maraqlanan şəxslər niyyət məktubu ilə təhsil və təcrübəsini əks etdirən CV-ni hr@eas.az elektron ünvanına göndərməlidir. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərin hansı vəzifə üzrə verildiyi qeyd edilməlidir. Mövzusuz müraciətlərə baxılmayacaq. Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər dəvət olunacaq.

Sənədlərin təqdim edilməsinin son tarixi 30 aprel 2021-ci ildir.

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı