Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Biznes Kreditlərin Anderraytinqi şöbəsində Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin Anderraytinqi və Monitorinqi Departamenti, Biznes Kreditlərin Anderraytinqi şöbəsində Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Underwriter_Junior specilaist” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Kreditlərin Anderraytinqi və Monitorinqi Departamenti, Biznes Kreditlərin
Anderraytinqi şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri
Vəzifə öhdəlikləri:
- Kredit Bürosundan, Elektron Hökümət portalından, Kredit məhsullarının satışı bölməsindən, müştəridən və s. alınmış məlumatın, açıq mənbələrdən və Bankın sərəncamında olan məlumatların təhlili və yoxlaması ilə kreditləşmə ilə bağlı risklərin müstəqil ekspertizasının aparılması.
- Kredit sifarişlərin anderraytinqi – Kredit bölmələrindən, müştəridən, Bankın sərəncamında olan və açıq mənbələrdən alınmış məlumatın təhlili və yoxlanılması ilə borc alanın maliyyə vəziyyəti haqqında əsaslı fikrin formalaşması, və Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət səviyyəsinə müvafiq, müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsi.
- Tarixi sifarişlər üzrə Bankın gəlirliliyinin optimallaşdırmasını müəyyən etmək məqsədilə qəbul edilmiş qərarların təhlili.
- Korporativ biznes müştərilərin sifarişləri üzrə Mərkəzi kredit reyestri ilə (MKR) qarşılıqlı əlaqənin qurulması.
- Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsulların reallaşdırmasının tətbiqinə və keyfiyyətinə nəzarət.
- Əməkdaşların və/və ya SN/bölmələrinin rəhbərlərinin işinin qiymətləndirilməsi məqsədilə Bankın kredit portfelinin analizin nəticələrinə dair məlumatın/hesabatın yığımı və təqdim edilməsi.
- Kredit portfelinin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar kredit məhsulları şərtlərinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin verilməsi.
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
- Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyini, AR MB filiallarının və kredit təşkilatlarının fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyini bilməli;
- Bank sisteminin, strukturunu və bank işinin əsasları haqqında bilik;
- Kargüzarlığın əsaslarını və kredit təşkilatların fəaliyyətinin maliyyə sənədləşmə qaydalarını bilməli;
- Bank xidmətlərinin təqdimetmə texnologiyasının əsalarını bilməli;
- Biznes-planlaşdırmanın, marketinq araşdırmaların, statistik məlumatın alınma, emal və təhlil metodlarının və texnologiyasının əsaslarını bilməli;
- Danışıqların və işgüzar ünsiyyətin aparılması;
- Personal kompyuterdə işləmək bacarığı;
- İqtisadi xarakterli məlumatla analitik işləmək bacarığı;
- Analitik qabiliyyət və işgüzar fəallıq;
- Komandada işləmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...