Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal İnnovasiyaların tətbiqi departamentinə QA tester vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Biznes proseslərin manual testinin avtomatlaşdırılması;
- Servis testlərin icra edilməsi;
- Manual testlərin icra edilməsi;
- Test keys və Test planın hazırlanması;
- Test avtomatlaşdırılan proseslərin monitorinqinin həyata keçirilməsi;
- Servis testlərinin avtomatlaşdırılması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Minimum bir il iş təcrübəsinə sahib;
- Bank proseslərini bilən və təcrübəyə sahib (arzuolunandır);
- Java üzrə təcrübəyə sahib;
- Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə sahib;
- QA(Manual – Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklərə sahib;
- CI sahəsi üzrə Jenkins ve ya Bamboo sahəsi üzrə biliklərə sahib
- BPM / Ibus üzrə biliklərə sahib (üstünlükdür).
- Postman ve SOAPUI bilən və təcrübəyə sahib;
- Selenium ve Appium bilən və təcrübəyə sahib;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “QA tester” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: cv@abb-bank.az
Oxşar vakansiya siyahısı:
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m4mgqod2u1 Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Təsvir We are seeking a highly skilled Full Stack Developer to join our dynamic team. As a Full Stack Developer, you will be responsible for designing, developing, and ...