Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank QA tester vəzifəsi üzrə vakansiya elan edir. Agile mühitində test metodologiyaları ilə tanışlıq olmalıdır.
Vəzifə öhdəlikləri:
- Proqram təminatlarının testləşdirilməsi, habelə hazırlanmış produkt və ya proses haqqında təkliflərin verilməsi;
- Müxtəlif səviyyəli testləşdirmə səviyyələri (Manual, Uİ, Servis testing və s.) üzrə pozitiv və neqativ testlərin aparılması və hazırlanmış produktun qəbul olunmuş minimum kriteriyalara cavab verib-verməməsinin yoxlanması;
- Test strategiyaları, test planları və test ssenarilərinin hazırlanmasına dəstək və onların sənədləşdirilməsi;
- Test nəticələri, habelə hazırlanmış produktlarda kütləvi baş verən xətalar barədə hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Proqram təminatlarının test edilmə metodologiyaları üzrə biliklər;
- Proqram təminatlarının test edilməsi üzrə təcrübə;
- Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları) ;
- APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə biliklər;
- RDBMS sistemləri üzrə təcrübə, SQL dili üzrə biliklər (orta səviyyədə);
- Agile mühitində test metodologiyaları ilə tanışlıq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “QA tester (İT)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...