Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Caspian Services Group LLC Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru vəzifəsi üzrə vakansiya elan edir.
- İşəgötürən: “Caspian Services Group” MMC
- Vəzifə: Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
- İşə başlama tarixi: Mümkün qədər tez
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
İş şərtləri:
- Stabil iş
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
- İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
- İcbari sığorta
- Komfort iş şəraiti
- Perspektivli iş
- Mehriban kollektiv
Tələblər:
- Tam orta və ya orta-ixtisas təhsil;
- Bu sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır;
- Dövlət dilini bilməlidir;
- Bu sahə üzrə sertifikat:
- “Qaldırıcı səbət operatoru”;
- “Avtoyükləyici maşinisti”;
- “Forklift Operator”;
- Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
- Təhlükəsizlik sahəsi üzrə təlim;
- İntizamlı, sağlam, fiziki dözümlü, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli;
- Geyim qaydalarına və geyim formasına riayət etmək;
- Tək və komandada işləmə bacarığı olmalıdır;
- Təhvil-təslimin sənədləşdirmə qaydalarını bilməlidir;
- Əmək intizamının yüksək olması;
- Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
Bilməlidir:
- İdarə etdiyi texnikanın konstruksiyasını və onun istismar qaydalarını;
- İdarə etmə, yükləmə, boşaltma, yerləşdirmə və yığılma qaydalarını;
- Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir, müəssisənin ərazisi üzrə hərəkətləri, stansiya ətrafı yolları və quraşdırılmış siqnalizasiyaların yerini bilməlidir;
- Daxili əmək intizam qaydalarını.
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
- Texnikanı istifadədən öncə Operator müvafiq təlim/təsnifat və sertfikatlaşdırılmadan keçməlidir;
- Gündəlik texniki yoxlamaları keçirmək və nəticələri ofisə çatdırmaq.
- Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətməli;İş saatı ərzində diqqəti yalnız işə yönəltmək!;
- İclaslarda iştirak etməli;•
- Texnikanı təmiz və saz vəziyyətdə saxlamalı;
- Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat verməli;
- Görülən işlər barədə hesabatları təqdim etməli;
- Peşəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir;
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Qeyd:
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi üraciətlərə (zənglərə) baxılmayacaq.
- Müsahibə göndərilmış CV əsasında aparılacaq.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Parklanma xidməti üzrə bələdçiAzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...