Qısa məzmun
Dövlət Məşğulluq Agentliyi Qarabağ Regional Məşğulluq Filialında mütəxəssis və orta idarəetmə vəzifələri vəzifəsi üzrə vakansiya elan edir
Strukturun adı: Qarabağ Regional Məşğulluq Filialı (Bərdə,Ağdam,Fizuli, Ağcabədi,)
Vakant vəzifə: Mütəxəssis və orta idarəetmə vəzifələri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- İşaxtaran və işsiz vətəndaşların qəbul edilməsi və onlara sosial müdafiə sahəsində Dövlət Məşğulluq Agentliyinin göstərdiyi xidmətlər haqqında məlumatlar verilməsi, müraciət edən vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsinə nəzarət edilməsi;
- İşədüzəltmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərlə əlaqəli fəaliyyət göstərilməsi;
- İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkalarının təşkil edilməsi;
- Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə işə qəbul edilməsi üçün tədbirlər görülməsi;
- Vakansiya bankının mütəmadi olaraq təhlil edilməsi, boş olan və yeni yaradılan iş yerlərinin vakansiya bankına daxil edilməsi üçün işəgötürənlərlə danışıqların aparılması;
- Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görülməsi;
- Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasına nəzarət edilməsi və rəhbərliyə təqdim edilməsi.
Vəzifənin tutlmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: vəzifədən aslı olaraq ən az 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- İdarəetmə,Problem həll etmə;
- Qərar vermə;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciət etmək istədikləri vəzifələri qeyd etməklə CV-lərini mövzu hissəsinə Qarabağ “RMF üzrə Mütəxəssis və ya Orta idarəetmə” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...