Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Qaraj Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət;
- Aktlaşdırma;
- Nəqliyyat vasitələrinin xəttəsaz vəziyyətdə buraxılmasını təmin etmək
- Xəttə baş vermiş texniki çatışmamazlıqları aradan qaldırılması
- Avadanlıqlara texniki baxışın keçirilməsinin, sınaq və profilaktik təmir işlərinin təşkil olunmas;
- Tikinti-istehsalatın texniki hazırlığının təmin olunması;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak olunması;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin təmin olunması;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
- Tabeçiliyində olan işçilərə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.
Tələblər:
- Yaş: 25-45;
- Təcrübə: min.1il;
- Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək.
- Montaj və təmir metodların anlayışı
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli, işgüzar, ciddi, diqqətcil, dürüst, ünsiyyətcil və aktiv olmalıdır
İş şəraiti:
- iş qrafiki: 6 günlük iş həftəsi
- əmək haqqı: müsahibə əsasında təyin olunur
- AR ƏM əsasən işə qəbul
- iş yeri: Mehdiabad
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Qaraj Müdiri” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Giləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...