Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Qaraj müdiri ( Ağcabədi) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
- Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
- Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
- Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
- Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
- Təmir xərclərin optimallaşdırmasına nəzarət;
- Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
- Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
- Xidmət barədə rəhbərliyə hesabat verir;
- Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.
Tələblər
- Təhsil : Ali;
- İş təcrübəsi : 5 – 10 il;
- Dil bilikləri : Azərbaycan, Rus;
- Kompyuter bilikləri : MS Office (Word, Excel);
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
- Sürücülük vəsiqəsi olmalıdır;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları olmalıdır;
- Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları olmalıdır.
Əlavə məlumat:
- Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
- İş qrafiki: Altı günlük iş həftəsi;
- İş yeri: MKT İK MMC Ağcabədi filialı;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Ağcabədi- https://hr.mktcotton.com/az/job/qaraj-mudiri-agcabedi
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Parklanma xidməti üzrə bələdçiAzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...