Qısa məzmun
Hajigabul Poultry Farm Company Qaraj müdiri (Hacıqabul – Şirvan) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə tələblər:
- Ali təhsil arzuolunandır
- Müvafiq sahədə iş təcrübəsi mütləqdir
- Microsoft office programlarından istifadə bacarığı
- Avtonəqliyyat vasitələrinin texniki istismar qaydalarını bilməlidir
- Yol hərəkəti və əməyin təhlükəsizliyi qaydalarını bilməlidir
Vəzifə öhdəlikləri:
- Şirkətin qaraj bölməsinin işinin təşkili və idarə edilməsi
- Şirkətin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin daima nəzarətdə saxlanılması
- Avtonəqliyyat vasitələrinin günlük iş qrafiklərinin hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
- Əsaslı və cari təmir planlarının hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
- Qaraj bölməsinin davamlı fəaliyyəti üçün lazım olan ehtiyat hissə, material anbarının nəzarətdə saxlanılması
- Qaraj ərazisinin təmizliyinə nəzarət edilməsi
- Yol-nəqliyyat hadisələrinin və yol-hərəkət qaydalarının pozulması səbəblərinin araşdırılması və əlaqədar struktur bölmə rəhbərlərinin məlumatlandırılması
- Tabeçiliyində çalışan əməkdaşların əməyin təhlükəsizliyi və şirkət daxili nizam intizam qaydalarına əməl edilməsinə nəzarət edilməsi
İş şəraiti:
- 6 günlük iş rejimi (08:00 – 17:00)
- Həftədə bir gün istirahət
- Nahar şirkət tərəfindən təmin edilir
- Hacıqabul və Şirvan şəhər mərkəzlərinə servis xidməti fəaliyyət göstərir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir
Oxşar vakansiya siyahısı:
Logistika koordinatoru
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...