Qaraj rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “İD Agropark” MMC “Qaraj Rəisi” vəzifəsinə işə qəbul elan edir.

 

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “İD Agropark” MMC “Qaraj Rəisi” vəzifəsinə işə qəbul elan edir.

İş yeri: Saatlı rayonu

Vəzifə və öhdəliklər:

  • Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
  • Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasını işə saz vəziyyətdə buraxılmasını təmin etmək;
  • İş vaxtı baş vermiş texniki çatışmamazlıqları aradan qaldırmaq;
  • Yanacaq sərfiyyatına nəzarət etmək;
  • Anbardan çıxan ehtiyyat hissələrinə nəzarət etmək;
  • Nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası üçün texniki xidmətlərin və cari təmirin təşkil edilməsi;
  • Nəqliyyat və texnikanın texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək;
  • Texnikaların təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin hazırlanması;
  • Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının sənədləşmə işlərini həyata keçirmək;
  • Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki vəziyyətinə görə məsuliyyət daşımaq;
  • Mütəmadi olaraq nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki baxışdan keçirilməsini təmin etmək;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
  • Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.

Tələb olunan bacarıqlar:

  • Texniki sahədə ali təhsil və ya peşə təhsili;
  • Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək;
  • Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
  • Montaj və təmir metodlarını bilmək;
  • Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • MS Office proqramları;
  • Azərbaycan dilindən başqa rus və ingilis dilləri bilən namizədlər arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini idagropark21@gmail.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Qaraj Rəisi” qeyd etməyiniz xahiş olunur.

.

Oxşar vakansiya siyahısı:

Avtobus Servis Sürücüsü

Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.11.2024 - Hacıqabul

1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnik

ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı

700₼
Parklanma xidməti üzrə bələdçi

AzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azparking MMC

24.10.2024 - Bakı