Qısa məzmun
Ə/h 1000-1800 AZN. “Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Qəbuledici vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
- Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Avtomobilin təmirinin icrasına nəzarət;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi.
Tələblər:
- Ali təhsil ( ali texniki təhsil);
- Yaş: 23-35;
- Müvafiq sahədə 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilini səlis (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir);
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: Xidmət göstərilmiş avtomobillərə görə bonuslarla birlikdə 800-1500 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Qəbuledici” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...