Qısa məzmun
Baku Electronics LTD Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönəldilməsi;
- Daxil olan sənədlərin, ərizə və şikayətlərin qəbulu, qeydiyyata alınması, araşdırılaraq aidiyyatı üzrə çatdırılması və eləcə də qorunmasının həyata keçirilməsi;
- Qəbul olunmuş qərarların lazımı qaydada rəsmiləşdirilməsi və aidiyyatı əməkdaşlara elektron poçt vasitəsilə göndərilməsi;
- Lazımı qaydada digər tapşırıqların icra edilməsi.
Tələblər :
- Ali təhsil;
- MS Word, Excel işləməyi bilməli;
- Müvafiq sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan və rus dilini yüksək (ünsiyyət) səviyyəsində bilməli.
İş Şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Karyera yüksəlişi imkanı
- Əmək haqqı müsahibə əsasında təyin edilir.
Namizədlər CV-lərini “Qeydiyyatçı (İnsan resursları departamenti)” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...