Qısa məzmun
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Qeydiyyatçı vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Kompleksimizin həyatında müsbət dəyişiklikləri gücləndirmək və onlara ilham vermək üçün motivasiyalı, peşəkar, istedadlı və həvəsli insanlar axtarışındayıq.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil;
- İxtisası üzrə azı 2-3 illik iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- MS Office və Windows proqram paketlərindən istifadə təcrübəsi;
- Demokrat, tolerant, səmimi olmaq, habelə iti, tənqidi və məntiqi təfəkkürə, yüksək erudisiyaya və yumor hissinə malik olmaq;
- Şagird və valideynlərlə, Məktəbin rəhbər, pedaqoji və yardımçı personalı ilə səmərəli ünsiyyətin qurulması sahəsində yüksək səriştəlilik nümayiş etdirmək.
- Pozitiv və gülərüz olmaq.
ÖHDƏLİKLƏR:
- Ümumi işin xeyrinə vahid bir komandada işləmək, mütəşəkkil komanda qurmaq.
- Geniş erudisiyaya və ümumi mədəniyyətə malik olmaq.
- Müxtəlif situasiyalarda müstəqil qərarlar vermək.
- İşində çevik innovativ təfəkkürə malik olmaq, təhlillər və ümumiləşdirmələr aparmaq, işində ik olmaqZəngləri cavablandırılması və yönləndirilməsi, e -poçtlara cavab vermək, qonaqları qarşılamaq və göndərmək.
- Qeydiyyat işçilərinin qeydiyyatı, təlimatı və nəzarətinə görə məsuliyyət.
- Məktəb saatlarında lövhə saatlarının dəyişdirilməsi, təmir işlərinin tənzimlənməsi və bildirilməsi.
- Valideynlərin şikayət və təklifləri haqqında hesabat verilməsi, təqvimə bütün tədbirləri, görüşləri və ekskursiyaları əlavə edib və təşkil edilməsi
Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Qeydiyyatçı) qeyd olunmaqla hr@mtk.edu.az elektron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.
Son müraciət tarixi: 30 September 2021
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...