Qısa məzmun
Cyberpoint Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir
Öhdəli̇klər:
- Qonaqları, şəxsən və ya telefonla salamlayaraq müraciətləri cavablandırmaq
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq və istiqamət üzrə ünvanlandırmaq
- Gələn müştərilərə müəssisə haqqında məlumat vermək və qeydiyyata almaq
- İclasların təyin edilməsi və aidiyyatı olan işçiləri məlumatlandırmaq
- İşçilərin xarici səfərləri ilə əlaqədar viza, otel rezervasiyası, aviabiletlərin alınması kimi işləri icra etmək
- Günlük fəaliyyətə dair hesabatları hazırlamaq
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq
- İnzibati işlər üzrə minimum 1 ilədək təcrübə
- MS Word və Excel üzrə ümumi biliklər, 1 C (8.3) proqram təminatında iş təcrübəsi üstünlükdür
- Təşkiletmə, effektiv ünsiyyət, cavabdehlilik
İş Şərai̇ti̇:
- 5 günlük iş rejimi
- Əmək haqqı: Razılaşma əsasında
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Qeydiyyatçı” qeyd etməklə CV formasını göndərin.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...