Qısa məzmun
Caspian Equipment Company Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus dili və ya ingilis dili yüksək səviyyədə;
- Ofis proqramları (MS Excel, MS Word) ilə işləməyi bacarmalı;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə təşkilatçılıq bacarığı.
Vəzifə təlimatları:
- Ofisə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi və yola salınması;
- Daxil olan telefon zəngləri və maillərin cavablandırılması;
- Daxil olan və göndərilən məktubların qeydiyyatının aparılması;
- Daxil olan məktubların aidiyyatı üzrə yönləndirilməsi;
- İclas və görüşlərin təşkil edilməsi üçün otaqlarda zəruri şəraitin yaradılması;
- Kargüzarlıq işlərinin, sənədlərinin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması.
İş şərtlərimiz:
- Əmək haqqı: 637-731 AZN;
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ;
- Servis xidməti mövcuddur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qeydiyyatçı” yazaraq hr@cec.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...