Qısa məzmun
Camal LTD Qida sahəsi üzrə baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. Təzyiq altında işləmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
- Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
- Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
- Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
- Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
- Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:
Namizədə tələblər:
- Təhsil : Ali İş təcrübəsi : 3 ildən 5 ilə qədər
- Yaş : 30 – 45
- Cins : Kişi
- Sahə üzrə Ali təhsil Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
- Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı Təzyiq altında işləmə bacarığı;
- Problemlərə çevik yanaşma Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@iceland.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Qida sahəsi üzrə baş mexanik” Mövzu bölməsində göstərin.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...