Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Səba Şirkətlər Qrupu Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
Hesabat verir: şöbə müdirinə
Tabeçilikdə işçi: Yoxdur.

Namizədə tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar üzrə təhsili olması arzu olunandır
  • İSO 9001:2015, İSO 22000, İSO 17025 və HACCP standartının tələblərini bilməsi, bu sahədə təlim almış  olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində, Keyfiyyətə nəzarət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzu olunandır
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
  • MS Office programları (Word? Excell? Power-Point? Outlook)

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
  • Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan  müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
  • İstehsalat intizamının möhkəmləndirilməsi;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
  • Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
  • Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
  • Keyfiyyətə nəzarət planının,prosedurların,forma və aktların hazırlanması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
  • Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix –  02.12.2022

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

430₼
İstehsal xəttində nəzarətçi

Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

Tekstil meneceri

QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

QAYO MMC

19.03.2025 - Bakı

Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)

Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.03.2025 - Bakı

700 — 900 ₼
Anbardar (istehsalat anbarına)

AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

14.03.2025 - Bakı