Qısa məzmun
River INN Resort and SPA mərkəzi Qida və içkilər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Nəyi bilməlidir:
- Qida Təhlükəsizlik Qaydalarını;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini;
- Servis standartlarını;
- Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
- Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
Nəyi bacarmalıdır:
- İdarəçilik;
- Təhliletmə;
- Qərarvermə;
- Məsuliyyəti üzərinə götürmə;
- Detallara diqqət yetirmə;
- Çeviklik;
Xüsusi tələblər:
- Ali təhsil (Turizm və otelçilik üzrə);
- Yaş həddi: 25-35 yaş;
- Müvafiq vəzifə üzrə azı 3 il (tərcihən otelçilik üzrə) iş təcrübəsi;
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Nəticəyönümlü;
- Tələbetmə və yönləndirmə bacarığı;
- Komandada işləmə və düzgün idarəetmə.
- Gigiyenik qaydalara nəzarət etmə;
- Təlim-inkişaf yönümlülük.
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Korporativ nömrə və lojman ilə təmin edilmə;
- Ünvan: Xaçmaz rayonu, Nabran kəndi “River INN Resort & SPA” mehmanxanası
Vəzifə öhdəliyi:
- Bütün qida və restoran xidməti üzrə işçilərin fəaliyyətinə nəzarət etmək;
- Qonaq məmnuniyyətinin təmin edilməsi və qonaq şikayətlərinə baxılması;
- Baş texniki işçi ilə restoranlarda istismar olunan avadanlıq tələbləri üzrə əlaqələndirmənin yaradılması;
- Qiymətlərin, tədarük mənbələrinin, qida üzrə satış tendensiyalarının, inventarların nəzərdən keçirilməsi, toplantılarda iştirak etmək;
- Bütün qida və restoranlar üzrə ticarət müəssisələrini, o cümlədən mətbəxləri, tullantı yerlərini və s. yoxlamaqla, müəyyən olunmuş fəaliyyət strategiyalarının və standartlarının yerinə yetirilməsinin təmin edilməsi;
- Mehmanxananın ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;
- Hər bir mehmanxana obyektinin (məs. restoran, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək;
- Mehmanxananın həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və mehmanxana / restoran əməliyyatlarını qiymətləndirmək;
- Qida və İçkilər şöbəsinin istehlak auditinin nəticələrinə cavab verdiyinə əmin olmaq və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qida və içkilər üzrə menecer” qeyd etməklə mailə göndərə bilərlər.