Qısa məzmun
Basqal Resort & Spa Qiymət nəzarətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Qiymət məlumat bazasının hazırlanması və satış qiymətlərinin formalaşması prosesində aktiv iştirak;
- Məhsullar üzrə (reseptura əsasında) norma maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulların norma və faktiki maya dəyəri üzrə hesabatların tərtib və təqdim olunması;
- İtkilərin araşdırılması və itkilərin minimuma endirilməsi üçün prosedurlara icra edilməsinə nəzarət;
- Sənədlər üzrə xərclərin mühasibat uçotuna uyğun uçotunun aparılması;
- Mühasibat uçotu standartlarına və otel daxili qaydalarına uyğun olaraq bütün şöbələrin xərclərinə nəzarət;
- Anbar hərəkətlərinə nəzarət, anbardarın apardığı əməliyyatlara nəzarət və sistemə düzgün daxil edilməsinin təşkili;
- Sayımların aparılması, faktiki və mühasibat uçotu qalıqlarının üzrləşdirilməsi və itkilərin araşdırılması, həmçinin itkilər üzrə müvafiq sənədlərin tərtibi və mühasibat uçotunda əks etdirilməsi;
- Bütün mal-material hərəkətinin mühasibat uçotuna uyğun hesablarda əks etdirilməsi və qalıqlarla bağlı dövri hesabatların hazırlanması;
- Təhlillərin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi, mümkün xərc azalmaları ilə bağlı təkliflərin hazırlanması.
Tələb olunan təcrübə, bacarıqlar və səriştələr:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
- Qiymət nəzarətçi kimi otelçilik sahəsində ən azı 2 il təcrübəsi;
- Azərbaycan dilində səlis bilmək, rus və ingilis dillərin biliyi isə üstünlük sayılır;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- 1C, Günəş və ya digər uçotu proqramında sərbəst işləmə bacarığı;
- Diqqətli, şəffaf, işində dəqiq və dürüst olmaq.
İş şəraiti:
- İş rejimi: 6 günlük iş həftəsi;
- İş yeri – İsmayıllı, Basqal qəsəbəsi;
- İşə qəbul tam rəsmi şəkildə, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır;
- Mobil telefon danışıqları şirkət tərəfindən qarşılanır;
Müraciət etmə qaydası:
Maraqlanan namizədlər mövzu yerində “Qiymət nəzarətçisi” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Yalnız tələb edilən təcrübə, bacarıqlar və səriştələrə cavab verən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...