Qonaq qəbulu və qeydiyyat şöbəsinə çağrı mərkəzi operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Shahdag Hotel Company Qonaq qəbulu və qeydiyyat şöbəsinə çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər

  • Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
  • Mehmanxana daxili və mehmanxanadan kənar ünsiyyət kanalları üçün həm qonaqlar, həm də işçi heyəti üçün effektiv ünsiyyətin qorunub-saxlanılmasına cavabdeh olmaq.
  • Yerli və beynəlxalq zəngləri cəld, nəzakətlə və dəqiq birləşdirmək.
  • Qonağın istəyi ilə səhər oyatma zəngini dəqiqliklə yerinə yetirmək.
  • Qonaqlara, işçilərə və daxil olan zənglərə yüksək keyfiyyətli xidmət göstərmək və mehmanxana ilə bağlı eləcə də, şəhər-daxili və şəhər-ətrafı baş verənlər barədə  geniş məlumat vermək.
  • Qonaqlar və mehmanxana işçiləri üçün məlumatları qəbul etmə və lazımi qaydada, lazımi şəxslərə çatdırmaq.
  • Mehmanxana daxilindən və xaricindən gələn bütün zəngləri cavablandırmaq və lazımi insanlara yönləndirmək.
  • Qonaqların sorğularını effektiv və nəzakətli tərzdə həyata keçirmək üçün mehmanxananın bütün məhsul və xidmətlərinə hərtərəfli bələd olmaq.
  • Lazım olduqda qonaqlara mehmanxana barədə ümumi məlumat vermək.
  • Qonaqlar üçün və ya qonaqlardan məlumat, səhər oyandırma xidməti sorğularını, rezervasiyaları və sifarişləri dəqiqliklə qəbul etmək.
  • Qəbul edilən rezervasiyaların, sifarişlərin, sorğuların və s. hər zaman dəqiq və cəld şəkildə lazımi şöbəyə çatdırılmasını təmin etmək.
  • Müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmək.
  • Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq.
  • Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək.

Tələblər:

  • Sahə üzrə təcrübə arzuolunandı;
  • Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili orta səviyyədə);
  • Computer skills
  • İş yeri: Qusar rayonu
  • Nəqliyyat, yerləşdirmə və qida şirkət tərəfindən təmin olunur

Müraciət etmək üçün mövzu hissəsində “Çağrı Mərkəzi Operatoru” qeyd etməklə CV-lərinizi göndərin

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı