Qısa məzmun
Saffron Restaurants Group şirkəti Qrafik dizayn Üzrə Böyük Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş öhdəlikləri:
- Verilən məlumatlar və materiallar əsasında dizayn konseptlərini hazırlamaq;
- Loqo, flayer, veb səhifə, sosial media və digər kommunikasiya kanalları üçün dizaynları hazırlanmaq;
- Tapşırıqların düzgün yerinə yetirilməsi, doğru təqdimetmə və şirkət standardlarına uyğun olması üçün menecerlərlə konsultasiya aparmaq;
- Tədbirlər və xüsusi günlərdə sosial mediada paylaşımlar üçün dizaynları hazırlamaq;
- Çap üçün dizaynları hazırlamaq.
Əsas tələblər:
- Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) – əla səviyyədə, Adobe Premier, After Effects istifadə təcrübəsi əlavə üstünlükdür;
- Reklam agentliyi, dijital agentlik və ya şirkətdaxili komandada 2 ildən çox qrafik/motion dizayner təcrübəsi;
- Sayt, sosial media, bilboard, promo materiallar və digər marketinq kanalları üçün dizayn hazırlama bacarığı və təcrübəsi;
- Brend qaydaları çərçivəsində kreativ həll yaratma bacarığı;
- Effektiv zaman idarə etmə, planlaşdırma;
- Bir neçə tapşırığın eyni anda idarə edilməsi.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 30.04.2022-ci il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.