Qısa məzmun
Vəlioğlu-2018 Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
İş Təsviri:
- Blog və web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək,
- Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq,
- Yenilikçi fikirləri inkişaf etdirmək və beyin fırtınası yaratmaq üçün yaradıcı qrupun digər üzvləri ilə ortaq çalışmaq,
- Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək üçün Layihə Meneceri ilə sıx əməkdaşlıq etmək,
- Müxtəlif üslublarda / müasir tendensiyalarda yaradıcı illüstrasiyalar, qrafika, mətn elementlərin yaradılması,
- Vizit kartlar, bukletlər, broşuralar, kartpostallar, pankartlar və s. hazırlaması,
- Elektron ticarət bazarında TOP-a daxil olmağa imkan verən yüksək keyfiyyətli təsvirlərin hazırlanması,
- Facebook, Instagram, Twitter, və s. – sosial şəbəkələrdə şirkətin məzmununun vizual dəstəyi.
- Marketoloq və kopirayter ilə komanda layihələrini, fəaliyyətləri inkişaf etdirmək,
- Komanda ilə birlikdə kontent marketinqi inkişaf etdirmək.
Tələblər:
- 2 illik peşakar dizayn təcrübəsi
- Dizayn proqram paketi Adobe (Photoshop, Illustrator, InDesign) və CorelDraw biliklərinə sahib olmaq,
- Bir komandada işləmək arzusu!
- Müstəqillik, qərar qəbul etmək və onlar üçün məsuliyyət daşımaq
- İşgüzar yazışmalar aparmaq bacarığı
- Şəxsi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, çox tapşırıq rejimində müstəqil işləmək bacarığı
- İş Yeri: Bakı, Binəqədi rayon, Ziya Bunyadov 13,
- Çalışmaq arzusunda olan şəxslər elektron poçtun “mövzu” yerinə “Qrafik Dizayner” qeyd etməklə CV-lərini hr@velioglu.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...