Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Fab Boya Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Xanım namizədlərə üstünlük verilir.
Vəzifə öhdəliyi:
- Sosial şəbəkələr üçün dizayn materiallarının hazırlanması;
- Çap məhsullarının ( kataloq, bülleten, jurnal, firma blankı, emblem, logo, buklet, flayer, vizit kart və s.) dizayn olunması;
- Reklam materiallarının (plakatlar, bannerlər, vitrinlər və s.) hazırlanması;
- Reklam kampaniyalarının qrafik və dizayn hissəsinin hazırlanması;
- Online satış sistemi üçün materialların hazırlanması;
- Şirkətin müştəriləri üçün nəzərdə tutulmuş hədiyələrin, endirim kartlarının, kampaniya bukletlərinin dizaynı və hazırlanması;
- Korperativ tədbirlərin təşkilində bütün dizayn işlərinin hazırlanması;
- Müdiriyyətin verdiyi müvafiq tapşırıqları həyata keçirilməsi və hesabatların hazırlanması;
Namizədə tələblər:
- Araşdırma qabiliyətli, kreativ, təşəbbüskar
- İntizamlı, səliqəli, şirkət kodeksinə uyğun geyinən
- Kollektivdə işləmə qabiliyyəti olan
- Müdiriyyətin göstərişlərini vaxtında icra edən
- Bakalavr dərəcəsi (Rəssamlıq və Dizayn sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)
- Xanım namizədlərə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-orta, İngilis dili-orta
- Komputer bilikləri: Word, Excel, Power Point, Corel Draw, Adobe Photoshop, Adobe İllustartor proqramlarını mükəmməl bilməli.
(After Effects bilməsi və agentlik təcrübəsinə malik olması üstünlükdür)
CV-ləri Qrafik dizayner mövzusu ilə cv@fabboya.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...