Qısa məzmun
10LINE Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Adobe paket proqramları üzrə peşəkar biliklər: InDesign, Photoshop, Illustrator, Mac platforması;
- Motion dizayn programları üzrə biliklərin olması böyük üstünlükdür;
- Mövcud standartlar və spesifikasiyalar, müxtəlif reklam vasitələrinin (kitablar, qəzetlər, jurnallar, bukletlər, plakatlar və s.) dizayn üsulları haqqında biliklər;
- Rəsm və fotoqrafiya üzrə əsas biliklər;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus dili biliyi üstünlükdür;
- Multitasking rejimində işləmək bacarığı.
Öhdəliklər:
- Bədii konsepsiyaların, maketlərin işlənib hazırlanması və yaradılması;
- Əmtəə nişanları, qablaşdırma, kataloqlar, suvenirlər, tekstil üçün eskizlərin hazırlanması;
- Yeni dizayn elementlərinin işlənib hazırlanması və tətbiqi, yeni məhsul dizayn üslublarının yaradılması
- Yaradıcı layihələrin həyata keçirilməsində dizayn sxemlərinin müştərinin təsdiq edilmiş standartlarına (təlimat, brend kitab) uyğunluğuna nəzarət
- Müştərinin korporativ üslubu haqqında məlumatların toplanması və saxlanması
- Sosial şəbəkələrdə postların, stories, video-cover və s. materialların hazırlanması.
Təkliflərimiz:
- Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Gülərüz və professional komandada işləmək şansı;
- 5/2 iş rejimi (şənbə və bazar istirahət günləri).
Əmək haqqı müsahibə nəticəsində təyin olunacaq.
Şəkilli CV-lərinizi portfolio ilə birlikdə (behance və s. platformalarda) göndərin.
Portfolio olmadığı halda namizədliyiniz nəzərdən keçirilməyəcək.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Dizayner-konstruktor
Embawood Dizayner-konstruktor vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Videoqraf və mobiloqraf,reelsmakerASADZADESANAN MMC Videoqraf və mobiloqraf,reelsmaker vəzifəsi üzrə vakansiya elan edir. ...