Qrafik Dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Halal-P Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ən azı 2 il iş təcrübəsi
  • Illustrator, Photoshop, InDesign və Figma proqramlarını mükəmməl səviyyədə bilmək
  • Adobe Creative Cloud (Photoshop, İllustrator, Indesign, After Effects), Figma, Sketch və Corel Draw (ehtiyac olarsa) proqramları biliyi;
  • Səlis doğma dil biliyi (Rus və İngilis dili biliyi üstünlük hesab olunur);
  • Sosial Media və digər rəqəmsal məzmunların hazırlanmasında iş təcrübəsi;
  • Səhifələrin və veb interfeyslərin tərtibatı və dizaynının hazırlanmasında iş təcrübəsi;
  • Müasir veb və qrafik dizayn trendlərindən agah olması;
  • Bundan başqa, şəkil çəkmək, hərəkət dizaynından xəbərdar olmaq, ikonoqrafiya və bu sahəyə aid digər bacarıqlar əlavə üstünlüklərdir.

Vəzifə öhdəlikləri:

  • Reklam dizayn konseptlərinin yaradılması;
  • Sosial Media postlarının hazırlanması (şirkət daxili)
  • Kataloq, jurnal və s. çap məhsullarının dizayn edilməsi
  • Daxili kommunikasiya dizaynlarının yaradılması;
  • Dizayn materiallarının çapa hazırlanması;
  • Dizayn materiallarının ölçü adaptasiyası;
  • Lazım olduqda Sosial Media üçün (əsas səviyyə) video montaj və 2D animasiyaların hazırlanması;
  • Lazım olduqda səhifələrin və veb-interfeyslərin tərtibatı və dizaynının hazırlanması;
  • Struktur rəhbərləri tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Iş cədvəli: standart 5 günlük 8.00-dan 17.00-dək
  • Əmək haqqı: 800-1000 AZN

CV-ləri “Qrafik Dizayner” mövzusunu qeyd edərək göndərməyi unutmayın.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnteryer və eksteryer dizayner

Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM MMC

18.11.2024 - Bakı