Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Portfolio mövcudluğu mütləqdir.
Əsas vəzifə öhdəlikləri:
- Kommunikativ dizayn: ideyaların, kommunikasiya həllərinin və tədbirlər konseptlərinin hazırlanması;
- Brendinq: mövcud olan şirkət stilinin inkişafı; UX / UI əsaslarından istifadə edərək, yeni məhsullar üçün vizual konsepsiyaların, kreativ dizaynların və qaydlaynların hazırlanması;
- Reklam: dizaynın, layout və geniş təyinatlı materialların hazırlanması (key-visual, çöl reklamın maketləri, POSM, rəqəmsal bannerlər və digər onlayn / offlayn daşıyıcılar); animasıyalı bannerlər yaradılması; vendor tərəfindən görülən hər bir iş proseslərinin nəzarəti;
- Foto və video: müasir avadanlıqları ilə istifadə bacarığı; sadə xarakterli çəkilişlərin edilməsi, materialların lazım olan format üçün adaptasiyası; bu sahədə olan autsors işlərin koordinasiyası;
- Təqdimatlar: yüksək səviyyəli tədbirlərə uyğun olaraq təqdimatların konsepsiyaları, dizayn, layout, adaptasiya və qaydlaynlar üzrə lazımı işlərin aparılması;
- İnfoqrafika: böyük layihələrin mətnli olan biznes təsvirlərinin aydın şəkildə vizualizasiyası;
- İllüstrasiya: vektor və bitmap illüstrasiyalarının hazırlanması (tədbirlər, suvenir və reklam məhsullar).
Tələblər:
- Peşəkar səviyyədə biliklər: Adobe Photoshop, Adobe Illustrator, Adobe Lightroom, Adobe InDesign, Coral Draw, PowerPoint (KeyNote, Google təqdimatlar);
- Adobe Dimension, Adobe After Effect, Adobe Premier Pro, Adobe XD bilikləri böyük üstünlükdür;
- Çoxvərəqli maketlərinin layout və 3D obyektlərinin hazırlanması prinsipləri bilikləri;
- Tipoqrafiya məhsullarını çap və son işlənmə əsas texnoloqiyalardan qabaqcıl anlayışı;
- Vektor illüstrasiyaların cəkilməsi bacarıqları;
- Kreativlik, dünya trendlərinin müasir stillərini hiss etmə talantı;
- Detallara diqqətlilik, müstəqil və komandada işləmə bacarıqları;
- İri həcmli işin öhdəsindən gəlmək hazırlığı və stressə davamlılıq;
- Azərbaycan və rus dillərinin mükəmməl bilməsi; ingilis dilinin orta və ya texniki bilikləri;
- Peşəkar inkişafa meyil göstərmək, müasir trendlərin və uğurlu marketinq təcrübələrin izlənməsi;
- Ali təhsil, minimum 1 il iş təcrübəsi (habelə frilanser şəkilində);
- Kreativ və brendinq agentliklərdə olan təcrübə böyük üstünlükdür;
- Portfolio mövcudluğu mütləqdir.
Namizədlərdən CV-lərini “Qrafik dizayner” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...