Qısa məzmun
Ə/h 400-500 AZN. Tac Reklam Şirkəti Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Əsas dizayn proqramları üzrə biliklər tələb olunur.
İş barədə məlumat:
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi
- Qrafik – dizayn layihələrinin hazırlanması
- Məhsul və ya xidməti ən yaxşı şəkildə nümayiş etdirən təqdimat və təkliflərin dizayn edilməsi
- Reklam kompaniyaları üçün kreativ ideyaların təklifi
- Müxtəlif kreativ reklam materiallarının dizaynı və tərtibatı
- Şirkətin saytı və sosial şəbəkə səhifələrində dizayn işlərinin yerinə yetirilməsi
- İş rejimi : Həftədə 6 gün
- İş qrafiki : Həftə içərisi 1-5ci günlər saat 09:00-dan 19:00-dək, şənbə 10:00-dan 16:00-dək
- İstirahət : Bazar və bayram günləri
Namizədə tələblər:
- Ali təhsil (İncəsənət və dizayn sahəsində arzu olunandır)
- Minimum 2 il iş təcrübəsi
- Əsas dizayn proqramları üzrə (CorelDraw, Adobe Illustrator, Adobe Photoshop) biliklər
- Əlavə proqram bilikləri (3d Max, Adobe InDesign, Adobe XD, Adobe AfterEffect arzu olunandır)
- Azərbaycan dilini mükəmməl bilməsi (Rus və ingilis dili bilikləri arzu olunandır)
- Detallara diqqətlilik, müstəqil və komandada işləmə bacarıqları
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək
- Zaman və resursların düzgün idarə olunması bacarığı
Göstərilən tələblərə uyğun namizədlər “mövzu” hissəsində “Qrafk dizayner” qeyd etməklə öz CV-lərini portfolio ilə birlikdə hr@tacreklam.az ünvanına göndərməyi xahiş olunur. Portfoliosu olmayan və şəkilsiz göndərilən CV-lərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...