Qısa məzmun
Office Lines şirkəti Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Office Lines MMC 2000-ci ildən bəri korporativ ofis təchizatı sahəsindən aparıcı şirkətlərdən biridir
- İş günləri: bazar ertəzi – cümə, 09:00-dan 18:00-dək
- İstirahət günləri və bayram günləri – qeyri-iş günləridir
- Office Lines müştərilərinin promo və çap məhsulları üzrə sifarişlərinin dizaynı, istehsalı və satışı mərhələlərində ortaya çıxan işləri koordinasiya və icra etmək;
- Ehtiyac yarandıqda dizayn və istehsal işləri üçün ölkə daxilində və xaricdə sərfəli provayderləri axtarmaq və onlarla əməkdaşlıq qurmaq
- Promo və çap məhsulları sahəsində davamlı olaraq bazar araşdırması aparmaq, yeni və innovativ məhsullar haqqında məlumat toplamaq və təkliflər hazırlamaq
- Office Lines şirkətinin kataloqunun elektron və çap variantlarının hazırlanmasında dizayn və digər işləri icra etmək, ehtiyac yarandıqda kənardan alınan dizayn və çap xidmətlərini koordinasiya etmək
- Office Lines şirkətinin WEB səhifəsinin yenilənməsi, dizaynı və digər işlər üzrə verilən tapşırıqları yerinə yetirmək
- Şirkət rəhbərliyi tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
Namizədə tələblər:
- Promo və çap məhsullarının dizaynı, marketinqi, istehsalı, satınalınması və satışı üzrə iş təcrübəsi
- Dizayn və qrafik proqramlar üzrə biliklər (CRL, Photoshop və s.)
- Araşdırma apara bilmək bacarığı
Oxşar vakansiya siyahısı:
Dizayner-konstruktor
Embawood Dizayner-konstruktor vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Videoqraf və mobiloqraf,reelsmakerASADZADESANAN MMC Videoqraf və mobiloqraf,reelsmaker vəzifəsi üzrə vakansiya elan edir. ...