Qrafik dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir. Superfon şirkəti Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Marketinq layihələrinin vizuallaşdırılması;
  • Sosial media üçün kreativ dizaynların və məhsul dizaynlarının hazırlanması;
  • Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması;
  • Poliqrafik məhsulların hazırlanması;
  • Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
  • Mağaza fasadları üçün düzgün ölçüdə və miqyasda logoların və mockup faylların hazırlanması.
  • Digər poliqrafik məhsulların hazırlanması;

Tələblər:

  • Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tanınmış brendlərlə və ya bu sahədə ixtisaslaşmış agentlikdə təcrübə üstünlükdür
  • Photoshop, Corel Draw, Adobe Illustrator və İndesign proqramlarını yüksək səviyyədə bilməli,
  • Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi;
  • Koloristikanın əsaslarını bilməli;
  • Tipoqrafika anlayışı olmalıdır.
  • Detallara qarşı diqqətli olmalıdır.
  • Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 gün tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Qrafik dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 30.05.2022

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnteryer və eksteryer dizayner

Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM MMC

18.11.2024 - Bakı