Qısa məzmun
LİBRAFF MMC şirkəti Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
- LIBRAFF” marketinq komandasına cavan və kreativ qrafik dizayner tələb olunur.
- Vakansiyaya aşağıdakı tələblərə uyğun olan yeni məzunlar da müraciət edə bilərlər.
Əsas vəzifə öhdəlikləri:
Sosial şəbəkə üçün paylaşımların, veb sayt üçün vizualların, rubrikaların dizaynı, promo materialların hazırlanması
Əsas tələblər:
- Sahə üzrə iş təcrübəsi;
- Ali təhsil;
- Müvafiq komp. proqramları ilə praktiki təcrübə (Photoshop, İllustrator və s);
- Bu sahə üzrə əlavə kurslar, sertifikatların olması üstünlükdür;
- Detallara diqqətli olmaq;
- Yaxşı təşkilatçılıq və vaxtı idarə etmə bacarığı;
- Kreativlik, maraqlı dizayn yaratmaq bacarığı.
İş haqqında:
- Qrafik: həftənin beş iş günü, istirahət günləri həftənin şənbə və bazar günləridir,
- Nahar: şirkət tərəfindən təmin olunur
- İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
- Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
Şirkət haqqında:
2017-ci ildə təsis olunmuş “LIBRAFF” qısa bir zaman ərzində Azərbaycan kitab ticarəti sahəsində bir brend kimi təqdir olunan ən böyük modern kitab mağazaları şəbəkəsidir. Şirkət Bakı şəhərində 5, Gəncədə 1 mağaza ilə təmsil olunur. Oxucular aldıqları kitabları mağazalarda fəaliyyət göstərən “STORIES COFFEE” kafe şəbəkəsinin xidmətlərindən faydalanaraq rahat mütaliə edə bilirlər.
Müraciət üçün e-mail: human.resources@libraff.az
Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını qeyd etmək tövsiyyə olunur.